Argentina prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatının finalını harada izləyəcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, ölkə başçısı bununla bağlı "Miley Radio"-ya danışıb:

 

"Olivosda (prezident iqamətgahı) izləməyə davam edəcəyik. Bütün qarşılaşmaları məhz orda izləmişəm. Oyunlara neft şirkətlərinin birinin gödəkçəsini geyinərək baxıram. Bəli, mənə isti olur. Ancaq bir dəfə gödəkçəni çıxartdım və rəqib bizim qapımız qol vurdu. Ona görə də bir daha heç vaxt gödəkçəni çıxarmıram".

 

Qeyd edək ki, İspaniya - Argentina matçı iyulun 19 keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.