Ötən gecə baş tutan matçlardan sonra gələn il keçiriləcək dünya çempionatına qatılacaq 48 komandadan 16-sı artıq müəyyənləşib. Sport24.az xəbər verir ki, onlardan 3-ü meydan sahibləridir.

 

Hazırda turnirin final hissəsinə qatılacaq millilər bunlardır: ABŞ, Meksika, Kanada, Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador, Yeni Zelandiya, Uruqvay, Kolumbiya və Paraqvay.

 

Qeyd edək ki, dünya çempionatı 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.