Çilidə keçirilən FİFA gənclər arasında dünya çempionatında 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bir Afrika (Mərakeş), iki Cənubi Amerika (Argentina və Kolumbiya), iki Şimali Amerika (ABŞ və Meksika) və üç Avropa komandası (Norveç, Fransa və İspaniya) ilk "səkkiz"liyə daxil olub.

 

Qeyd edək ki, Asiyanı təmsil edən heç bir milli 1/8 finala yüksələ bilməyib.

 

1/4 final cütlükləri aşağıdakı kimidir:

Argentina - Meksika
Kolumbiya - İspaniya
ABŞ - Mərakeş
Fransa - Norveç

 

Qeyd edək ki, 1/4 final oyunları oktyabrın 11, 12 və 13-də keçiriləcək.