"Qrup mərhələsini keçdiyimiz üçün xoşbəxt olmalıyıq. Ona görə də gəlin buna çox sevinək". Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Danimarkanın baş məşqçisi Kasper Yulmann Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda qarşılaşdıqları Serbiya ilə matçdan sonra mətbuat konfransında deyib.

 

O həmçinin bildirib ki, əla iş gördüklərinə görə sevinməlidilər: "Biz Danimarka futbolunu, müxtəlif klublarda əla iş görən minlərlə könüllüləri təmsil edirik. Hər kəsin komandasıyıq və biz buna sevinməliyik".

 

Qeyd edək ki, C qrupunda baş tutan görüşdən (0:0) sonra Danimarka ikinci pillənin sahibi kimi 1/8 finala yüksəlib.