"Fənərbaxça" və Polşa millisinin üzvü Sebastyan Şimanski yeni sezona İtaliyada başlaya bilər. Sport24.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçiyə "Latsio"dan təklif gəlib.

 

Türkiyə klubu polyak futbolçunun transferini mövsüm başa çatdıqdan sonra müzakirə etmək üçün "Latsio"dan vaxt istəyib. Şimanskinin özü isə bununla bağlı qərarını verməyib.

 

2023-cü il iyulun 12-də "Fənərbaxça"ya keçən Şimanski 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur. Onun transfer dəyəri 17 milyon avrodur.

 

Şimanski "Legiya", "Dinamo"(Moskva), "Feyenoord" klublarında çıxış edib.