Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb. Sport24.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançısı Balabəy Ağayev qızıl medal qazanıb.

 

60 kq çəki dərəcəsində yarışan cüdoçumuz finalda yerli idmançı Mehrzod Sufiyevi məğlub edib.

 

Turnirə mayın 4-də yekun vurulacaq.