"Lester"in hücumçusu Ceymi Vardi karyerasını "Lids"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" portal məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub Premyer Liqada möhkəmlənməyi planlaşdırdığı üçün 38 yaşlı ingilisi dəvət etmək istəyir.

 

Vardi daha əvvəl mövsümün sonunda "Lester"i tərk edəcəyini açıqlamışdı.

 

Qeyd edək ki, hücumçu bu mövsüm ümumilikdə bütün turnirlərdə 33 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.