Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 33-cü tur start götürəcək. Sport24.az xəbər verir ki, günün yeganə oyunu Bakıda baş tutacaq.

 

"Zirə" öz meydanında "Turan Tovuz"u qəbul edəcək.

 

Hazırda "qartallar" 64 xalla turnir cədvəlində 2-ci, "Boz qurdlar" isə 49 xalla 4-cüdür. Rəşad Sadıqovun komandasının avrokuboklara yollanacağı ötən tur rəsmiləşib. "Zirə" bu gün qələbə qazanacağı halda sona 3 tur qalmış artıq "gümüş"ü də təmin edəcək.

 

Qeyd edək ki, turun digər qarşılaşmalar şənbə və bazar günü baş tutacaq.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

20:00. "Zirə" - "Turan Tovuz" 1:0

 

Qırmızı vərəqə: Qismət Alıyev, 59

Salifu Suma, 48

 

"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrila, 23. Rafael Utziq, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma

 

Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 53 Şahmar Aşurov, 48. Ramiz Muradov, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli

 

"Turan Tovuz": 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 29. Anton Kraçkovski

 

Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 21. Aleks Souza

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə. İdman Kompleksinin stadionu.