"Bayer"in futbolçusu Alexandro Qrimaldo karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, 29 yaşlı müdafiəçi "Barselona"nın diqqət mərkəzindədir.

 

Bu barədə "El Nacional" nəşri məlumat yayıb. Kataloniyalılar sol cinahda Aleks Balde ilə rəqabət aparacaq müdafiəçi gətirmək istəyir.

 

Qrimaldo bu mövsüm 45 oyunda 4 qol vurub, 12 məhsuldar ötürmə edib.