Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 22-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.