"Real"ın futbolçusu Çud Bellingemin qardaşı, "Sanderlend"də çıxış edən yarımmüdafiəçi Cob Bellingem karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football Espana" nəşri məlumat yayıb.
19 yaşlı futbolçunun xidmətində "Real" maraqlıdır. "Kral klubu"nun bu transferdə əsas rəqibi Dortmund "Borussiya"sı ola bilər.
Qeyd edək ki, futbolçu cari mövsümdə Çempionşipdə 42 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.