Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə I Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası 15-ci tur çərçivəsində səfərdə "İğdır"la qarşılaşıb.

 

Matç Bandırma təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.

 

Qeyd edək ki, 31 xal toplayan "Bandırmaspor" lider "Kocaelispor"dan 1 xal geri qalıb.