Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Sport24.az xəbər verir ki, həftənin ən yaxşı adına 4 namizəd var.

Bunlar İngiltərənin “Çelsi” klubundan Nqolo Kante ilə Kay Haverts, “Mançester Siti”dən isə Ruben Diasla Riyad Mahrezdir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.