Millimizin yarımmüdafiəçisi Emil Mustafayevin şərəfini qoruduğu "Çernomorets" Ukrayna Premyer Liqasında 23-cü turun oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda evdə "LNZ Çerkasi" ilə qarşılaşıb.

 

Matç "Çernomorets"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil 90 dəqiqəni ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Çernomorets" hazırda turnir cədvəlində 18 xalla 15-ci pillədə qərarlaşıb.