"Zirə"yə qarşı keçirilən Misli Premyer Liqasının 29-cu turunun oyunu "Qarabağ"ın futbolçusu Abdulla Zubir üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, fransalı vinger Ağdam təmsilçisinin heyətində 300-cü matçına çıxıb. 

 

Oyunçuya 300 nömrəli formanı klubun prezidenti Tahir Gözəl təqdim edib.

 

Qeyd edək ki, qarşılaşma saat 19:30-da start götürüb.