"Real"ın futbolçusu Federiko Valverde yayda klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" uruqvaylı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" yayda Valverde üçün 100 milyon avro təklif etməyə hazırlaşır. "Real" oyunçunun keçidinə müsbət yanaşmır.
Valverdenin "Real"la müqaviləsi 2029-cu ilin yayına kimidir.