Niderlandlı futbolçu Vircil Van Dayk "Liverpul"la müqaviləsini uzada bilər. Sport24.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir.

 

Bu barədə oyunçu özü açıqlama verib:

 

"Danışıqlar davam edir. Müəyyənn irəliləyiş var. Lakin bunlar daxili məsələlərdir və nələr olacağını görəcəyik".

 

Van Dayk bu mövsüm 43 oyunda 3 qol vurub, 1 məhsudar ötürmə edib. Onun müqaviləsi yaya kimidir.