Misli Premyer Liqasının ikinci oyun gününə "Tofiq Bəhramov"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, ölkənin ikinci ən böyük arenasında liderlər üz-üzə gəlir.

 

Turnir cədvəlinin zirvəsində qərarlaşan "Qarabağ" ikinci pillədə qərarlaşan "Zirə"ni qonaq edir.

 

Cari mövsüm tərəflər arasında keçirilən 3 görüşdən 2-də "Qarabağ", 1-də isə "Zirə" qələbə qazanıb.

 

Qeyd edək ki, turun digər iki qarşılaşması - "Şamaxı" - "Neftçi" və "Araz-Naxçıvan" - "Sumqayıt" matçları sabah keçiriləcək.

 

19:30. "Qarabağ" – "Zirə" 1:0

Qol: K. Borqes, 15.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Tofiq Bəhramov adına Respublika Stadionu

 

"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade

 

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

 

"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma

 

Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 90. Davit Volkov, 30. Rikardo Martins, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev