Azərbaycan çempionatının I Liqasında keçirilən "Cəbrayıl" – "Qaradağ Lökbatan" oyununun nəticəsi ləğv olunub. Sport24.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

 

XX turun matçında "Qaradağ Lökbatan"ın heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna çıxıblar. Bu üzdən Bakı klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Paytaxt təmsilçisi 400 manat cərimələnib.

 

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatmışdı.