II Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

 

Bu gün "Qusar"ın futbolçusu Eşqin Tağıyevin mükafatlandırma mərasimi keçirilib. Tədbir XX turun "Qusar" - "Lerik" oyunundan əvvəl baş tutub.

 

Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.