Belçika millisinin sabiq baş məşqçisi Domeniko Tedesko "Şalke"dən təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Mütəxəssis II Bundesliqa təmsilçisinin təklifini rədd edib. O, aşağı liqada işləmək istəmədiyi üçün bu addımı atıb.

 

Tedesko 2023-cü ilin fevralından 2025-ci ilin yanvarına qədər Belçika millisinə rəhbərlik edib.

 

Hazırda II Bundesliqada mübarizə aparan "Şalke" 29 turdan sonra 37 xalla 11-ci sıradadır. Klub 7 dəfə elitada çempionluq yaşayıb.