"Milan" hücumçusu Tammi Abraham üçün planlarını açıqlayıb. Sport24.az xəbər verir ki, "Corriere dello Sport" səhifələrində yer alan məlumata görə, texniki direktor vəzifəsi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, "rossonerilər" Abrahamı "Roma"dan alacaq.
Abraham "Milan"a keçən yayın sonunda keçib. Həmin tarixdən etibarən forma geyinən hücumçu 40 matçda 10 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı 27 yaşlı Abrahamın dəyərini 15 milyon avro qiymətləndirir.
"Milan" hazırda İtaliya çempionatında 9-cu pillədə qərarlaşıb.