Türkiyə Kubokunun final oyununun vaxtı və məkanı məlum olub. Sport24.az xəbər verir ki, görüş Eskişehir Atatürk Stadionunda oynanılacaq.
Matç mayın 15-nə təyin edilib.
Hazırda turnirin yarımfinal mərhələsi keçiriləcək. Kubok uğrunda "Qalatasaray", "Konyaspor", "Trabzonspor" və "Göztepe" mübarizə aparır.