"Əl-Hilal"ın futbolçusu Malkom Avropaya qayıtmağa hazırlaşır. Sport24.az "The Mirror"a istinadən xəbər verir ki, "Aston Villa" braziliyalını transfer etməyi planlaşdırır.

 

Amma futbolçunun Səudiyyə Ərəbistanında maaşının yüksək olması keçidin reallaşmasına problem yarada bilər. Malkom məvacib məsələsində güzəştə gedərsə, "Aston Villa" onunla yayda müqavilə imzalayacaq.

 

Qeyd edək ki, 28 yaşlı vingerin "Əl-Hilal"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Rusiya pasportuna da sahib olan Malkom karyerası ərzində "Korintians", "Bordo", "Barselona" və "Zenit" kimi klubların formasını geyinib.