Bu gün Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaması Şamaxıda baş tutacaq.

 

Bölgənin eyniadlı komandası "Neftçi"ni qonaq edir. Aktivində 28 xal olan meydan sahibləri hazırda turnir cədvəlində 8-ci, qonaqlar isə 32 xalla 6-cı pillədədir. Komandaların ilk 3 dövrədəki oyunlarında iki heç-heçə (0:0, 2:2) qeydə alınıb. Bir görüş isə paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Qeyd edək ki, oyunun start fiti saat 15:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XIX tur

15:30. "Şamaxı" - "Neftçi" 0:2 (2-ci hissə)

Qol: R.Şeydayev, 43 - pen. F.Ozobiç, 89

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov (k) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 66. Vasiliye Bakiç 33. Alfons Msanqa

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 23. Murad Vəliyev 6. Rauf Rüstəmli 19. Fəxri Məmmədli 73. Elmar Məmmədov

"Neftçi": 1. Emil Balayev (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 90. Ramil Şeydayev 13. Emil Səfərov 14. Edvin Kuç 6. Rafael Quzzo 99. Ervin Koffi 9. Bassala Sambu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 22. Dembo Darboe 77. Yeqor Boqomolski 11. Aleks Fernandes

 

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu.