Aprelin 18-20-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib. Sport24.az xəbər verir ki, turnirin ev sahiblərini fərdi çıxışda Gövhər İbrahimova və Zöhrə Cəfərova təmsil edəcək.

 

Azərbaycanı Dünya kubokunun qrup hərəkətlərində Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edəcək.

 

Qeyd edək ki, turnirdə 39 ölkənin gimnastları mübarizə aparacaq.