Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

 

Yığmamız dünyanın 35-cisidir. Komandanın hesabında 93,490 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.

 

Qeyd edək ki, cədvələ Kanada millisi başçılıq edir – 530,573 xal.