Misli Premyer Liqasının XXIX turunda keçirilən "Şamaxı" – "Neftçi" (0:2) matçından sonra qonaq komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Azarkeşlərə təşəkkür edirəm. Bizim üçün çətin dönəmdir. Zədəlilərimiz çoxdur. 7-8 futbolçunun xidmətindən yararlana bilmirik. Onlara təşəkkür edirəm.

 

– Zədəlilər "Sabah"la matça qədər yetişəcək?

– Bəziləri yüngül, bəziləri də ağır zədəlidir. Çalışacayıq ki, əlimizdə olanlarla maksimum nəticə əldə edək.

 

– Emil Səfərov da həmin zədəlilər sırasına qoşuldu…

– Bəli, çiynindən zədə aldı. Rafael Quzzo da uzun zamandır oynamırdı. Bu matçda zədə aldı. Bəziləri mövsümün əvvəlindən hazır olmadığına görə yükləmələr oldu və zədələndi.

 

– "Sabah"la xal fərqi minimuma endi. 4-cü yerə yüksəlmək şansı var?

– "Neftçi" olaraq həmişə qələbə üçün çıxırıq. Nə dərəcədə alınacaq, alınmayacaq zaman göstərəcək.

 

– Qarşıda kubok və "Qarabağ"la derbiniz var. Ona qədər necə bunu yoluna qoya biləcəksiz?

– Baş məşqçimizlə mümkün vəziyyəti dəyərləndirib, qərar verəcəyik.

 

– Vasili Berezutski oyundan sonrakı hərəkətini Elvin Camalova qarşı əsəbiləşdiyindən etdiyini deyib. Camalov nə etmişdi?

– Düzü məlumatım yoxdur. Bu sualı cavablandırmayım. Bilmirəm Camalovun hansı hərəkətini deyib.