Misli Premyer Liqasının 29-cu turuna Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edir.

 

Aktivində 48 xal olan meydan sahibləri turnir cədvəlinin 3-cü, qonaqlar isə 29 xalla 7-ci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi qalib gələcəyi halda dünən "Qarabağ"a məğlub olan və ikinci yerdə olan "Zirə" ilə xal fərqini 4 xala endirə bilər. 

 

Komandaların əvvəlki dövrələrdəki iki oyununda "Araz-Naxçıvan" qalib gəlibsə, bir oyunda isə heç-heçə qeydə alınıb.

 

Qeyd edək ki, matçın start fiti saat 18:00-da səslənəcək.

 

Misli Premyer liqası

IV dövrə, XIX tur

18:00. "Araz-Naxçıvan" - "Sumqayıt" 2:0

Qol: R. Maçado, 21, pen, İ. Ribeyro, 65.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Mərdəkan. "Liv Bona Dea Arena".

 

"Araz-Naxçıvan": 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 23. Nuno Rodriqes.

Baş məşqçi: Elmar Baxşıyev.

"Sumqayıt": 1. Mehdi Cənnətov 14. Elvin Bədəlov (k) 2. Sertan Taşkın 17. Murad Xaçayev 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 19. Roi Kehat 95. Miloş Miloviç 23. Ronaldo Vaskez 60. Tresor Mossi 9. Bobir Abdixolikov

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev 94. Rəşad Əzizli 6. Vüqar Mustafayev 7. Rövlan Muradov 41. Uğur Cahangirov 21. Nihad Əhmədzadə 24. Sənan Muradlı 75. Nadir Orucov 11. Momo Yansane 99. Silvanus Nimeli 5. Alan Dias 77. Casurbek Caloliddinov.

Baş məşqçi: Vaqif Cavadov