Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən "Araz-Naxçıvan" – "Sumqayıt" (2:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov matçla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib:

 

"Oyuna pis başladıq. Bir neçə imkanımız olsa da bunları qola çevirə bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq".