"Mançester Yunayted"in Kazemiro üçün istədiyi məbləğ bəlli olub. Sport24.az xəbər verir ki, İngiltərə klubu braziliyalı yarımmüdafiəçi ilə yayda vidalaşmaq istəyir.

 

Kazemiro 2022-ci ilin yayında "qırmızı şeytanlar"a qoşulub. Mançesterlilər onun satışından 15-17 milyon avro qazanmağı planlaşdırır.

 

Qeyd edək ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi üçün "Real"a 70 milyon avro ödəmişdi.