Albaniya Super Liqasında XXXIII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatia" evdə "Elbasani"ylə qarşılaşıb.

 

Görüş qonaqların 1:2 hesablı qələbəsiylə yekublaşıb. "Eqnatia"nın yeganə qolunu mövsümün əvvəlində "Sumqayıt"da çıxış edən Fernando Medeyros vurub.

 

Matça start heyətində başlayan Zamiq sona qədər meydanda olub. O, 26-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.

 

Aktivində 58 xalı olan "Eqnatia" turnir cədvəlinə liderlik edir.