"Mançester Yunayted" "Vulverhempton"un 25 yaşlı hücumçusu Mateus Kunya ilə maraqlanır. Sport24.az xəbər verir ki, hücumçunun 62,5 milyon funt-sterlinqlik sərbəst qalma müddəası bu yay qüvvəyə minəcək.

 

"Mançester Yunayted"dən başqa, "Nottinem Forest" və "Arsenal" da Kunya ilə maraqlanır. Bununla belə, futbolçu özü İngiltərə Liqasının "böyük altılığ"ında yer alan klublardan birinə keçidə üstünlük verdiyini bildirir.

 

Braziliyalı futbolçunun klubla sözləşməsi 2029-cu ilin yayına kimidir.