İspaniyalı qapıçı David de Xea daha bir mövsüm "Fiorentina"da qala bilər. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi qolkiperin müqaviləsini uzatmaq niyyətindədir.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Klub rəhbərliyi qolkiperin çıxışından məmnundur və onunla yola davam etmək istəyir.
De Xea ötən ilin avqustundan "Fiorentina"da çıxış edir. O, A Seriyasında 28 oyunda 29 qol buraxıb. Qolkiper 10 matçda qapısını toxunulmaz saxlayıb.