ABŞ-nin "Vaşinqton Kepitalz" klubunun xokkeyçisi Aleksandr Oveçkin rekorda imza atıb. Sport24.az xəbər verir ki, o, "Nyu York Aylenders" ilə matçda (1:4) fərqlənməklə karyerasının 895-ci qolunu vurub.

 

Bu, dünya xokkeyçiləri arasında rekord göstəricisidir.

 

O, bundan öncəki rekordçu Ueyn Qretçkini (894) qabaqlayıb.