"Aston Villa"nın futbolçusu Morqan Rocers İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Mançester Siti" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

 

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Rocersi komandasında görmək istəyir. "Mançester Siti" yayda 22 yaşlı ön xətt oyunçusunu heyətinə qatmağa çalışacaq.

 

Qeyd edək ki, "Aston Villa" Morqan Rocersi ötən ilin fevral ayında "Midlzbro"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.