"Barselona"nın hücumçusu Ferran Torres "Aston Villa"nın maraq dairəsinə düşüb. Sport24.az "El Nacional"a istinadən xəbər verir ki, ingilislər artıq bir neçə aydır ki, ispaniyalı futbolçunu yaxından izləyir.
Birmingem klubu Hans-Diter Flikin start heyətində yer vermədiyi 25 yaşlı oyunçu üçün qarşı tərəfə 50 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Torres bu mövsüm Kataloniya təmsilçisinin heyətində 36 matçda iştirak edib, 16 qol vurub və 4 məhsuldar ötürmə verib.