Keçmiş futbolçu Aleksey Yablonski Rusiya ilə Ukrayna arasında gedən müharibədə dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə "Sevastopol"un mətbuat xidməti məlumat yayıb.

 

Yablonski karyerası ərzində "Sevastopol" ilə yanaşı, başqa klubların da formasını geyinib.

 

O, həmçinin futzal və çimərlik futbolunda da qüvvəsini sınayıb. Yablonski 2010-cu ildə futzal üzrə Ukrayna millisinə dəvət olunub.