Misli Premyer Liqasının 29-cu turunda bu gün  "Sumqayıt"la qarşılaşacaq "Araz-Naxçıvan" oyuna itkilərlə çıxacaq. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirli zədə səbəbindən bu oyunda iştirak etməyəcək.

 

Qeyd edək ki, "Liv Bona Dea"da keçiriləcək "Araz-Naxçıvan" – "Sumqayıt" oyunu saat 18:00-da başlayacaq.