"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi Lionel Messi və Pep Qvardiola dönəmində "Barselona" ilə qarşılaşmaları xatırlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Give me Sport" nəşrinə açıqlama verib:
"İstənilən komandaya qarşı oyunlarda qalib gələcəyimizə əmin idim, amma "Barselona"ya qarşı yox. Mənim nəzərimdə "Barselona" ən yaxşı komandadır, Messi isə ən yaxşı oyunçu. Onun etdikləri inanılmaz idi".
Qeyd edək ki, "Mançester Yunayted" Çempionlar Liqasının iki finalında Pep Qvardiolanın "Barselona"sına məğlub olub. Messi hər iki finalda bir qol vurub.