"Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaher cari mövsümün sonunda klubdan ayrıla bilər.
Sport24.az xəbər verir ki, ingilis futbolçu, rəhbərlik ona yeni müqavilə təklif etməsə, cari mövsümün sonunda klubdan ayrılmaq məcburiyyətində qalacaq.
24 yaşlı yarımmüdafiəçi "Çelsi"nin yetirməsidir. Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatır.