"Çelsi" Dortmund "Borussiya"sına icarəyə verdiyi müdafiəçi Aarons Anselminonun geri çağırılması bəndini rəsmi olaraq aktivləşdirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında məlumat yayıb.

 

Çelsi"nin bu barədə Almaniya klubunu xəbərdar edib. 20 yaşlı argentinalı futbolçu gələn həftə London klubuna qayıdacaq.

 

Qeyd edək ki, Anselmino bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.