"Bornmut" klubu bu yay "Milan"ın futbolçusu Aleks Ximenesi birdəfəlik transfer etmək üçün hərəkətə keçməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, transfer üçün 22 milyon avroluq razılaşma artıq hazırdır. Daha əvvəl tərəflər arasında əldə olunmuş anlaşmaya əsasən, bu məbləğin 50 faizi "Real"a çatacaq.
Qeyd edək ki, Aleks Ximenes "Milan"a məxsus olsa da, bu mövsüm "Bornmut" klubuna icarəyə verilib. 20 yaşlı futbolçu icarə əsasında İngiltərə klubunda 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.