İspan müdafiəçi Serxio Ramos "Sevilya"nı almaq üçün prinsipial razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 39 yaşlı futbolçu klubu "Five Eleven Capital" ilə birgə almağı planlaşdırır.

 

Sövdələşmənin ümumi dəyəri 450 milyon avrodur. Ramos və tərəfdaşları hazırda klubun maliyyə hesabatlarını nəzərdən keçirirlər. "Sevilya" səhmdarlarının təklifi təsdiqlədiyi bildirilir.

 

Qeyd edək ki, Ramos "Sevilya" akademiyasının yetirməsidir.