"Roma"nın təmsilçiləri "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini ilə görüş keçirib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat paylaşıb. İtalyan nəşri tərəflərin restoranda görüşünün fotosunu dərc edib.

 

Mənbənin sözlərinə görə, danışıqlar müsbət olub, lakin hələ də bütün bəndlər üzrə razılıq əldə olunmayıb. Yekun cavabı vermək üçün mütəxəssis bir neçə gün vaxt istəyib.

 

Qeyd edək ki, bu həftə Qasperininin "Atalanta"dan ayrılacağı ilə bağlı xəbər yayılıb. Komanda bu mövsüm onun rəhbərliyi altında A Seriyasında 3-cü yeri tutub.