Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musiala zədələnib. Sport24.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin omba nahiyəsində problemlər var.
Musiala bu səbəbdən Bundesliqada "Frankfurt"la oyunu, həmçinin Almaniya millisinin Millətlər Liqasında Bosniya və Herseqovina və Niderlanda qarşı keçirəcəyi görüşləri buraxacaq.
Camal Musiala minimum dörd həftə komandasına kömək edə bilməyəcək.