"Volfsburq" baş məşqçisi Paul Simonis ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

40 yaşlı niderlandlı ilə yanaşı köməkçiləri də klubdan ayrılıb.

 

"Canavarlar"ın "sükanı" müvəqqəti olaraq U-19 məşqçisi Daniel Bauerə tapşırılıb.

 

Qeyd edək ki, Simonis bu ilin iyulundan Bundesliqa klubunda çalışır. Onun rəhbərliyi altında komanda 12 oyundan üçündə qalib gəlib, ikisində heç-heçə edib və yeddisində məğlub olub.

"Volfsburq" 10 oyundan sonra 14 xalla tutnir cədvəlində hazırda 14-cü yerdədir.