Misli Premyer Liqasında XI turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az-ın məlumatına görə, altı qarşılaşmada ümumilikdə 7047 tamaşaçı olub.

"Şamaxı" - "İmişli" görüşündə (1:0) 500, "Qəbələ" - "Sumqayıt" (0:2) matçında 300, "Araz-Naxçıvan" - "Karvan-Yevlax" deulində 120, "Zirə" - "Turan Tovuz" (0:0) oyununda 1200, "Kəpəz" - "Sabah" (1:3) qarşılaşmasında 250, "Qarabağ" - "Neftçi" matçında isə 4677 tərəfdar qeydə alınıb.

Qeyd edək ki, Misli Premyer Liqasında XII tura noyabrın 21-də start veriləcək.