"Barselona" qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "E-Notícies" portalı məlumat yayıb. 

 

Kataloniya klubu Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbeki "rənglərinə bağlamağı" düşünür. hədəfləyir. "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin fikrincə, 25 yaşlı Şlotterbek Kataloniya klubunun sisteminə uyğun futbolçudur. "Barselona" yanvarda Şlotterbek üçün 40 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, Şlotterbek cari mövsümdə 10 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.