"Real" yenidən "Mançester Siti"nin hücumçusu Erlinq Halandla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.
Mənbənin szlərinə görə, Haland yaxın ətrafına "Kral klubu"na keçməyə razıdır, lakin Vinisius Junior ilə birlikdə oynamaq istəmir. Klubda isə hesab edirlər ki, braziliyalı oyunçunun satışı daxili gərginliyi aradan qaldırmaqla yanaşı, həm də böyük bir transfer üçün lazımi vəsaiti təmin edə bilər.
Qeyd edək ki, Vinisius son zamanlar tez-tez mübahisələrin mərkəzində olur və vəəlki fotrmasından uzaq düşüb. "Real"ın Halandla marağı bir neçə ildir davam edir. Norveçli futbolçu "Mançester Siti"yə keçməzdən əvvəl də Madrid klubunun transfer siyahısında olub.
Klub hazırda son illərin ən yüksək səviyyəli transfer layihələrindən biri olacaq ulduz hücumçu dueti - Kilian Mbappe və Erlinq Haland haqqında xəyal qurur.